Monday, 28 April 2025 12:36

Azərbaycan Dünya Bankının dayanıqlı maliyyələşmə mənbələri ilə bağlı müzakirələrində iştirak edib

Azərbaycan Mərkəzi Bankı Dünya Bankı Qrupunun dayanıqlı maliyyələşmə mənbələrinin genişləndirilməsi ilə bağlı müzakirələrində iştirak edib. 

Qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ABŞ səfəri çərçivəsində Dünya Bankı Qrupunun prezidenti Acay Banqa ilə görüşdə iştirak edib. Görüşə Dünya Bankına daxil olan təşkilatların, eləcə də Azərbaycanın da təmsil olunduğu Seçki Qrupuna üzv ölkələrin mərkəzi bankları və maliyyə nazirliklərinin rəhbər şəxsləri qatılıb.

Qlobal maliyyə gündəminin mühüm mövzularının müzakirə olunduğu bu görüşdə regional tərəşdaşlığın möhkəmləndirilməsinin və dayanıqlı maliyyələşmə mənbələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Cənab Banqa innovativ texnologiyaların, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində süni intellektin tətbiqinin genişləndirilməsinin potensial faydalarına və risklərinə dair fikirlərini də görüş iştirakçıları ilə bölüşüb. Görüş çərçivəsində, həmçinin Seçki Qrupuna üzv ölkələrdə iqtisadi imkanlar və çağırışlar üzrə fikir mübadiləsi aparılıb. Bu barədə “Caspian Energy Media” Mərkəzi Banka istinadən xəbər verir.

Read 6 times

 

NEWS