Friday, 25 April 2025 11:02

Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan İxracatçılar Klubuna daxil olan Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri, quruma üzv olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkəmizdə sənayenin inkişafı, o cümlədən daha dayanıqlı və çevik sənaye istehsalı modellərinin tətbiqi istiqamətində reallaşdırılan tədbirləri diqqətə çatdırıb.

Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Fəridə Axundova və Assosiasiyanın üzvləri qurumun fəaliyyəti, sahibkarların ixracla bağlı təklifləri və tekstil sənayesinin gələcək inkişaf perspektivləri barədə çıxış ediblər. Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

 

 

 

Read 7 times

 

NEWS