Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta sektorunda rəqəmsal transformasiya və innovasiyaların təşviqi mövzusunda tədbir keçirilib.
Tədbir "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi və ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə keçirilib.
İnteraktiv formada keçən tədbir çərçivəsində sığorta sahəsində rəqəmsallaşma prosesləri, texnoloji həllərin tətbiqi, startaplarla əməkdaşlıq imkanları, eləcə də sığorta texnologiyalarının gələcək perspektivləri müzakirə olunub. AMB-nin ekspertləri ilə tədbir iştirakçıları arasında texnoloji inkişaf dövründə qarşıya çıxan çağırışlar və imkanlar barədə fikir mübadiləsi aparılıb. Bu barədə “Caspian Energy Media” Mərkəzi Banka istinadən xəbər verir.