Bazar, 27 Aprel 2025 16:01

Azərbaycan nümayəndə heyəti İƏT-in Ərzurumda keçirilmiş Turizm nazirlərinin 6-cı iclasında iştirak edib

25-26 aprel tarixlərində Azərbaycan nümayəndə heyəti Türkiyənin Ərzurum şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm nazirlərinin 6-cı iclası və İƏT-in turizm üzrə yüksək səviyyəli ekspertlərinin 8-ci iclasında iştirak edib.

Turizm nazirlərinin 6-cı iclasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev son illərdə İƏT ilə turizm sahəsi üzrə aparılan əməkdaşlığın gücləndirilməsi və ölkəmizin ev sahibliyi ilə təşkil edilmiş İƏT tədbirləri barədə məlumat verib. Həmçinin Fuad Nağıyev Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı seçilməsi çərçivəsində planlaşdırılan işlərdən bəhs edib.

Səfər çərçivəsində Fuad Nağıyev və Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında görüş təşkil olunub. Görüşdə Azərbaycan və Türkiyə arasında turizm sahəsində əlaqələrin gücləndirilməsi üçün mümkün perspektivlər müzakirə edilib, qarşılıqlı turist mübadiləsinin artırılması üçün iki ölkə arasında mövcud uçuşların artırılması və bu sahədə əməkdaşlıq mexanizmlərinin inkişafının zəruriliyi qeyd olunub. Bu barədə “Caspian Energy Media” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Read 4 times Last modified on Çərşənbə axşamı, 29 Aprel 2025 11:05