Çərşənbə axşamı, 06 May 2025 14:10

Türkiyə və ABŞ prezidentləri ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb, “Caspian Energy Media” xəbər verir.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sosial şəbəkədə yaydığı məlumata görə, söhbət zamanı liderlər Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan bildirib ki, Türkiyə ABŞ ilə əməkdaşlığı, xüsusilə müdafiə sənayesi sahəsində, inkişaf etdirmək üçün addımlar atmağa davam edəcək. Söhbət zamanı Prezident Ərdoğan ABŞ Prezidenti Trampı Türkiyəyə səfərə dəvət edib.

Read 4 times Last modified on Çərşənbə axşamı, 06 May 2025 12:12