Cümə axşamı, 17 Aprel 2025 13:21

Azərbaycan və Sloveniya XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Sloveniyanın xarici işlər naziri Tanya Fayon ilə geniş tərkibdə görüşü keçirilib.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.

Tərəflər enerji, rəqəmsal innovasiya, ekoloji davamlılıq, təhsil və turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib, regional təhlükəsizlik, əlaqə və çoxtərəfli koordinasiya ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Read 44 times