Cümə axşamı, 10 Aprel 2025 18:09

Baş nazir Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb

Aprelin 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea ilə görüşüb.

Görüşdə Azərbaycan-Moldova dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olundu.

Ticarət, investisiyalar, neft-qaz, yaşıl enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar və bir çox digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi. Bu barədə “Caspian Energy Media” Nazirlər Kabinetinə istinadən xəbər verir.

Read 43 times Last modified on Cümə, 11 Aprel 2025 11:13