Cümə axşamı, 01 May 2025 19:06

Energetika Nazirliyində kibertəhlükəsizlik üzrə təlim keçirilib

Energetika Nazirliyində əməkdaşların informasiya təhlükəsizliyi sahəsində maarifləndirilməsi və kibertəhdidlərə qarşı effektiv müdafiə imkanlarının artırılması məqsədilə təlim təşkil edilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə kibergigiyena üzrə qabaqcıl təcrübələrə dair təqdimat nümayiş etdirilib. Təqdimatda fişinq hücumları, zərərverici yoluxdurma, virusların növləri, məlumat sızmasına səbəb ola biləcək hallar, daha etibarlı parol təyin etmə qaydaları, elektron məlumat daşıyıcılarından düzgün istifadə, sosial media təhlükəsizliyi, sosial mühəndislik barədə ətraflı praktiki məlumatlar verilib, kiberləhlükələrdən qorunmaq üçün təsdiqlənmiş platformalardan istifadə, fərdi kibergigiyenaya xüsusi diqqət edilməsinə dair tövsiyələr nəzərə çatdırılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimdə Energetika Nazirliyinin Aparatı, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 45 əməkdaşı iştirak edib. Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

Read 17 times