Cümə axşamı, 01 May 2025 21:13

Azərbaycanla Şimali Makedoniya arasında iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniya Respublikasının xarici işlər və xarici ticarət nazirinin müavini Zoran Dimitrovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, ənənəvi və bərpa olunan enerji istiqamətləri üzrə tərəfdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb. Azərbaycan təbii qazı ilə təchiz olunan ölkələr sırasına Şimali Makedoniyanın qoşulması məmnunluqla xatırlanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu barədə “Caspian Energy Media” XİN-ə istinadən xəbər verir.

Read 15 times