Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Akademik Rus Dram Teatrının kollektivi ilə görüşüb.
Adil Kərimli çıxışında mədəniyyətin müxtəlif sahələrinə, o cümlədən teatr fəaliyyətinə yeni yanaşmaların zəruri olduğunu bildirib. Qeyd edilib ki, teatr sahəsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi də günün tələbidir. Yeni mədəniyyət strategiyasında bu məsələlər də əksini tapacaq.
Görüşdə teatrın rəhbərliyi və əməkdaşları sənət ocağının fəaliyyəti və ümumiyyətlə, səhnə sənətinin inkişaf istiqamətləri ilə bağlı çıxışları dinlənilib. Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.