Super User

Super User

İyunun 25-də Bakı Mühəndislik Universiteti (BMU) ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) arasında elmi-tədqiqat üzrə fəaliyyətlərin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli, hər iki qurumun rəhbər şəxsləri, o cümlədən professor-müəllim heyəti iştirak edib.

Caspian Energy Media elm və təhsil nazirliyinə istinadən xəbər verirki, sənəd qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-praktiki əlaqələrin qurulması, inkişaf etdirilməsi, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi, təkmilləşdirilməsi və digər istiqamətlərdə əməkdaşlıq məqsədi daşıyır.

Daha ətraflı

İyunun 25-də Şuşada start verilən "By Youth For Youth" (Gənclərdən gənclər üçün) Beynəlxalq Forumu ertəsi gün Bakıda başa çatıb.

Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və ICESCO-nun birgə təşkilatçılığı ilə təşkil olunan tədbir panel iclaslar, müzakirələr və təqdimatlarla davam edib.

Caspian Energy Media nazirliyə istinadən xəbər verirki, Şuşada və Bakıda iki gün davam edən forumda müxtəlif dövlətlərin yüksək vəzifəli nümayəndələri, rəsmi qonaqlar və ICESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edib.

Daha ətraflı

Caspian Energy Media Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Çinin Alaşankau şəhərindən yola düşən avtomobillər Çin – Qazaxıstan – Rusiya –  Azərbaycan marşrutu üzrə hərəkət etməklə cəmi 6 günə Bakıya çatıb.

2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların reallaşdırılması üçün “İcazə” blanklarının mübadiləsi həyata keçirilib. Bununla da Azərbaycan daşıyıcılarının avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları coğrafiyası daha da genişlənərək yükdaşıma fəaliyyəti göstərilən ölkələrin sayı 51-ə çatıb.

Daha ətraflı

Özbəkistanda səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu ölkənin Dəmir Yollarının sədri Zufar Narzullayev və Tacikistan Dəmir Yolllarının sədri Komil Mirzoali ilə həm ayrı-ayrılıqda, həm də üçtərəfli formatda görüş keçirib.

Caspian Energy Media ADY-ə istinadən xəbər verir ki, görüşdə dəmir yolu sahəsində sıx əməkdaşlıq, eyni zamanda Orta Asiya – Avropa – Orta Asiya və Çin – Avropa – Çin istiqamətləri üzrə yük dövriyyəsinin artırılması  imkanları və bu imkanların dünya bazarında tanıdılmasının vacibliyi geniş müzakirə olunub.

Görüşün sonunda tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Daha ətraflı

25 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə VNG şirkəti arasında təbii qaz və bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Caspian Energy Media SOCAR-a istinadən xəbər verir ki, sənəd təbii qazın təchizatı imkanlarının araşdırılması və qaz infrastrukturundan istifadə üzrə təcrübə mübadiləsini nəzərdə tutur. Memoranduma əsasən, tərəflər həmçinin bərpa olunan enerji və karbonsuzlaşdırılmış qazlara keçidi nəzərdə tutan layihələr üzrə əməkdaşlıq imkanlarını araşdıracaqlar.

Daha ətraflı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.

Bu barədə Caspian Energy Media president.az-a istinadən xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanı qəbul edib.

Bu barədə Caspian Energy Media president.az-a istinadən xəbər verir.

Cümə axşamı, 27 İyun 2024 11:45

Dünya birjalarında neft ucuzlaşıb

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,09 dollar azalaraq 85,16 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,11 dollar azalaraq 80,79 dollar təşkil edib.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL beynəlxalq “Skytrax World Airline Awards 2024” mükafatının “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasında növbəti dəfə qalib gələrək yüksək statusunu yenidən təsdiqləyib.

“Skytrax” agentliyinin mükafat mərasimi iyunun 24-də Londonda keçirilən təntənəli tədbir çərçivəsində baş tutub.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti həmçinin “Skytrax”ın “4 Ulduz” reytinqinə malikdir. Bu status aviaşirkətin göydə və yerdə təklif etdiyi xidmətlərin keyfiyyətini qiymətləndirən müstəqil auditin nəticələrinə əsasən formalaşıb.

Daha ətraflı

Bakıda keçirilən Rusiya Mədəniyyəti Günləri çərçivəsində iyunun 25-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında qonşu ölkədən gəlmiş mütəxəssislər Aleksandrina Koloqriva və Nataliya Kulikovanın aktyor sənəti, Alina İvaxın isə vokal üzrə ustad dərsləri təşkil olunub. Ustad dərsində incəsənət sahəsi və aktyorluq üzrə təhsil alan tələbələr iştirak ediblər.

Caspian Energy Media mədəniyyət nazirliyinə istinadən xəbər verir ki, qonaqlar Rusiya teatrlarında tətbiq olunan yeni yanaşmalardan bəhs edib, tələbələrin suallarını cavablandırıblar.

Daha ətraflı