
Super User
İlham Əliyevin Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi ilə geniş tərkibdə görüşü keçirilib
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə geniş tərkibdə görüşü keçirilib.
Görüşdə Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlərin 30 il ərzində mövcud olmasına baxmayaraq, ölkələrimizin dostluq təmaslarının hələ keçən əsrin 50-ci illərinin sonlarına təsadüf etdiyi vurğulanıb, həmin dövrdən etibarən Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, Ulu Öndər Heydər Əliyevin isə SSRİ rəhbərliyində olduğu zaman Vyetnama səfərləri məmnunluqla xatırlanıb.
Söhbət zamanı Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsinin və qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində əməli fəaliyyətin vacibliyi vurğulanıb.
Enerji və birgə investisiya layihələri müzakirə olunub, mədəni, humanitar sahələrdə əməkdaşlığın böyük perspektivinin olduğu qeyd edilib. Həmçinin müxtəlif sahələrdə təhlükəsizlik, müdafiə və kibercinayətkarlığa qarşı mübarizə sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, bütün sahələrdə təmasların artırılmasının vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin BMT, AQEM, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qeyd edilib. Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.
İlham Əliyevin Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi ilə məhdud tərkibdə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə məhdud tərkibdə görüşü olub.
Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.
Состоялась встреча Ильхама Алиева с Генеральным секретарем Центрального Комитета Коммунистической партии Вьетнама в узком составе
7 мая состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с Генеральным секретарем Центрального Комитета Коммунистической партии Социалистической Республики Вьетнам То Ламом в узком составе.
Об этом сообщает “Caspian Energy Media” со ссылкой на официальный сайт Президента Азербайджанской Республики.
Состоялась церемония официальной встречи Генерального секретаря Центрального Комитета Коммунистической партии Социалистической Республики Вьетнам
7 мая состоялась церемония официальной встречи Генерального секретаря Центрального Комитета Коммунистической партии Социалистической Республики Вьетнам То Лама, прибывшего в Азербайджан с государственным визитом.
На площади, где развевались государственные флаги обеих стран, в честь высокого гостя был выстроен почетный караул.
Президент Азербайджана Ильхам Алиев и первая леди Мехрибан Алиева встретили Генерального секретаря Центрального Комитета Коммунистической партии Социалистической Республики Вьетнам То Лама и его супругу Но Фон Ли. Об этом сообщает “Caspian Energy Media” со ссылкой на официальный сайт Президента Азербайджанской Республики.
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini qarşıladılar.
Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.
Азербайджан и АБИИ обсудили основные направления сотрудничества
Азербайджан обсудил с Азиатским банком инфраструктурных инвестиций (АБИИ) основные направления сотрудничества.
Как сообщает “Caspian Energy Media”, об этом написал министр экономики Азербайджана Микаил Джаббаров в соцсети "Х". По его словам, обсуждения прошли в ходе видеоконференции с кандидатом на пост президента АБИИ Цзоу Цзяи.
"Мы обсудили основные направления сотрудничества банка с нашей страной, проекты, связанные с поддержкой экономического роста и улучшением инфраструктуры в азиатском регионе", — отметил министр.
Azərbaycan və AİİB əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib
Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında əməkdaşlığın əsas istiqamətləri ilə bağlı müzakirələr aparılıb.
“Caspian Energy Media” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr AİİB-in prezidentliyə namizədi xanım Zou Jiayi ilə videokonfrans formatında görüşdə baş tutub. "Bankın ölkəmizlə əməkdaşlığının əsas istiqamətləri, Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr apardıq", - deyə nazir qeyd edib.
Азербайджан принял участие в ежегодной встрече АБР
Азербайджанская делегация приняла участие в 58-й ежегодной встрече Совета управляющих Азиатского банка развития (АБР), прошедшей 4–7 мая в Милане.
Страну на мероприятии представлял директор Агентства по управлению государственным долгом и финансовыми обязательствами при министерстве финансов Азер Мурсагулов.
В рамках встречи состоялись переговоры с исполнительным директором АБР Рейчел Томпсон, главой регионального департамента Центральной и Западной Азии Евгением Жуковым, а также вице-президентом Фонда международного развития ОПЕК Шаймой Аль-Шейби. Обсуждалось развитие сотрудничества и финансирование приоритетных для Азербайджана проектов в сфере транспорта, водоснабжения и канализации. Об этом сообщает “Caspian Energy Media” со ссылкой на Министерство финансов.
Azərbaycan AİB Rəhbərlər Şurasının 58-ci İllik Toplantısında təmsil olunub
4-7 may tarixlərində İtaliyanın Milan şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 58-ci İllik Toplantısı keçirilib.
"Təcrübə Paylaşımı və Sabahın Qurulması" devizi altında keçirilən İllik toplantıda Azərbaycan Respublikası Maliyyə Nazirliyi Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
İllik toplantı çərçivəsində Azərbaycan nümayəndə heyəti bankın Direktorlar Şurasında ölkəmizi təmsil edən icraçı direktor xanım Reyçl Tompson, AİB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov və OPEC Beynəlxalq İnkişaf Fondunun İctimai Sektor və Strategiya üzrə vitse-prezidenti Haimaa Al-Sheiby ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə mövcud əməkdaşlıq, habelə ölkənin prioritet müəyyən etdiyi layihələrin, xüsusilə nəqliyyat, su və kanalizasiya sahələrində layihələrin maliyyələşdirilməsi imkanları müzakirə edilib.
Bu barədə “Caspian Energy Media” Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Между Милли Меджлисом Азербайджана и Федеральным Национальным Советом ОАЭ подписан Меморандум о взаимопонимании
Продолжается официальный визит спикера Милли Меджлиса Сагибы Гафаровой в Объединённые Арабские Эмираты. В русле визита, после проведённой 6-го мая встречи в Федеральном Национальном Совете между сторонами был подписан Меморандум о взаимопонимании.
Меморандум о взаимопонимании между Милли Меджлисом Азербайджанской Республики и Федеральным Национальным Советом Объединённых Арабских Эмиратов был подписан спикерами двух сторон – Сагибой Гафаровой и Сагром Гобашем.
Как было отмечено, документ позволит нарастить совместную работу сторон – координацию и обмен парламентским опытом, а также будет способствовать дальнейшему расширению сотрудничества. Об этом сообщает “Caspian Energy Media” со ссылкой на Милли Меджлис.